Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin video formatda görüşü olub. ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. Bildirilib ki, videokonfrans zamanı liderlər Şərqi Aralıq dənizi əsas olmaqla, regional məsələləri müzakirə ediblər. Ərdoğan bildirib ki, Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə problemin müzakirə və uzlaşma yolu ilə həlli mümkündür. Avropa dövlətlərinin Şərqi Aralıq dənizi məsələsində ədalətli olmalarının vacibliyini vurğulayan Türkiyə Prezidenti ölkəsinin axıradək qərarlı və prinsipial siyasət yürüdəcəyini qeyd edib. Video-görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Kalın, Prezidentin icraçı katibi Hasan Doğan da iştirak ediblər. Xatırladaq ki, Angela Merkel bu yaxınlarda Avropa Birliyinin Şərqi Aralıq dənizi böhranında Yunanıstanı dəstəkləməyə məcbur olduğunu söyləmişdi.
Ərdoğanla Merkel arasında MÜHÜM MÜZAKİRƏ



Ərdoğanla Merkel arasında telefon danışığı olub
Ərdoğanla Merkel videokonfrans formatında görüşüblər
Merkeldən Türkiyə və Şərqi Aralıq dənizi AÇIQLAMASI
Türkiyə Yunanıstanla anlaşdı? - NATO-dan AÇIQLAMA
Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək
Ərdoğan və Merkel arasında görüş baş tutub
Çavuşoğlu və Stoltenberq QARABAĞI MÜZAKİRƏ ETDİ
Ərdoğan Merkellə regional məsələləri MÜZAKİRƏ ETDİ
Kalınla Sallivan arasında Qarabağ MÜZAKİRƏSİ: daimi olması üçün...
Ərdoğan Rusiyaya getdi
Ərdoğan bu heyətlə Azərbaycana GƏLİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 