Bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsini geniş işıqlandırıb.
ONN media xəbər verir ki, xarici KİV-lər diqqəti, ilk növbədə, dövlətimizin başçısının Ermənistan rəhbərliyinin mənfur siyasəti, törətdiyi təxribatlara dair bəyanatlarına cəlb edib.
Türkiyənin Anadolu Agentliyi, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Takvim” və digər populyar qəzetləri, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, Rusiyanın TASS, İnterfaks və “RİA Novosti” federal informasiya agentlikləri, “Lenta.ru” “News.ru”, “Vesti Kavkaza”, “Pravda.ru” saytları, “Moskovski komsomolets” və “Kommersant” qəzetləri, “REN TV”, “TVC”, “360 tv” telekanalları, Avropa İttifaqının “EU Politics” informasiya-analitik nəşri, Misirin “Asyaelyoum” agentliyi və “Aldiplomasy” nəşri, Rumıniyanın “News24hours”, Ukraynanın “РБК-Украiна”, Qırğızıstanın “Goldenbridgenews” portalları, Gürcüstanın “Interpressnews”, “Dalgatv”, “24news”, “News” saytları Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı materiallar yayıb, sitatlar gətirib.
Yayılan materiallarda Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirməsi, cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə fikirləri yer alıb.
Türkiyə KİV-ləri, həmçinin dövlətimizin başçısının müsahibəsində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini də diqqətə çatdırıb.
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi xarici KİV-lərdə



İlham Əliyevin çıxışı dünya gündəmini zəbt etdi
İlham Əliyev “Haber Türk” telekanalına müsahibə verdi
İlham Əliyevin müsahibəsi İtaliya mediasında
Qazax mediası Bakı zirvəsindən yazdı
Prezident “Haber Global” kanalına müsahibə verdi
İlham Əliyev “A Haber” telekanalına müsahibə verdi
Türkiyənin məşhur televiziya kanalı Tovuzdan xüsusi reportaj hazırladı
Rusiyada Feysbuk bloklandı
Prezident “Abşeron” yatağının təməlqoyma mərasimində iştirak etdi
Prezident yerli televiziya kanallarına müsahibə verir
Prezident Ermənistanla münasibətlərdən danışdı
İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 