Amerika Neft İnstitutunun (APİ) ABŞ-da neft ehtiyatlarının həcminin artması barədə verdiyi açıqlama "qara qızıl"ın qiymətlərinə təsirsiz ötüşməyib.
Bu gün Böyük Britaniyanın paytaxtı Londonun “İCE Furutes” birjasında keçirilən hərracda “Brent” markalı neftin 1 bareli 0,8% ucuzlaşaraq 41,4 ABŞ dollarıa satılıb (ötən gün isə 0,7% ucuzlaşma ilə qiymət 41,72 dollara düşüb). ABŞ-ın Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin 1 bareli 0,95% ucuzlaşaraq 39,42 dollara realizə edilib. Halbuki ötən gün həmin neftə dair oktyabr müqaviləsinin dəyəri 0,7% artaraq 39,6 dollara, noyabr müqaviləsinin dəyəri isə yenə də 0,7% artaraq 39,8 dollara çatmışdı.
Ötən gün APİ 11-18 sentyabr tarixləri ərzində ölkədəki neft ehtiyatlarının 691 min barel artdığını, benzin ehtiyatlarının isə 7,7 milyon barel, distilat ehtiyatlarının da 2,1 milyon barel azaldığını açıqlayıb. “SP Global Platts” xəbər verir ki, ekspertlərin fikrincə, benzin ehtiyatları 1,9 milyon barel azalıb, distilat ehtiyatları isə 1,2 milyon barel artıb. Bu gün axşam veriləcək rəsmi məlumatda ötən həftə neft ehtiyatlarının 4 milyon barel azalmasının bildiriləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ-ın Meksika körfəzi sahilləri avqustun axırında Laura tropik qasırğasının, ötən həftə Salli tropik qasırğasının, dünən isə Beta qasırğasının zərbələrinə tuş gəldiyi üçün sözügedən bölgədə neft hasilatı qurğularının 7,1%-nin fəaliyyəti dayandırılmışdı.



"Brent" markalı neftin qiyməti 77 dolları ötdü
Dünya birjalarında neft ucuzlaşıb
Neftin son qiyməti açıqlandı
Brent markalı neftin qiyməti KƏSKİN DÜŞDÜ
Neftin son qiyməti açıqlandı
Neftin son qiyməti açıqlandı
"Brent" markalı neftin qiyməti 117 dolları ötdü
Neftin son qiyməti açıqlandı
Neftin son qiyməti
Neft yenidən bahalaşdı
Neft qiymətləri yenidən enişə keçib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 