Xəbər verdiyimiz kimi, sentyabrın 23-də daha 7 şagird koronavirusa yoluxub. 6 işçidə də COVID-19 aşkarlanıb. Ümumilikdə isə bu günə kimi 112 şagirddə koronavirus aşkarlanıb. Yoluxma sayı artarsa, məktəblər yenidən 1 aylıq bağlana bilərmi? ONN media xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, tədrislə bağlı qərar epidemioloji vəziyyətlə bağlıdır: “Təhsil Nazirliyi qərar qəbul edərkən bütün bu sahədə çalışan qurumlarla birgə fikir mübadiləsi apardı. Operativ Qərargahla birgə iş görüldü və hazırkı optimal qərar qəbul edildi. Qaldı ki, prosesin necə olması, bəli yoluxma var”. Deputat qeyd edib ki, məsələ o qədər gərgin və riskli deyil: “Yəni ölkəmızdə epidemioloji vəziyyət nəzarətdədir. Tədrisin dayandırılıb-dayandırılmayacağı bu prosesin gedişatından asılıdır. Əgər ölkəmizdə virusa yoluxanların sayında artım müşahidə olunarsa, aidiyyətı qurumlar bu məsələyə baxacaqlar”. Ceyhun Məmmədov vurğulayıb ki, əvvəlki dövrlə müqayisədə ölkəmizdə virusa yoluxanlar sayında ciddi azalma müşahidə olunur: “Müəyyən dərəcədə də insanlarda arxayınlıq var. Biz anlamalıyıq ki, virus təhlükəsi tam sovuşmayıb. Bu gün də dünyada bu təhlükə var. Çalışmalıyıq ki, bu təhlükədən özümüzü qoruyaq. Müəllimlər, şagirdlər, vətəndaşlar sanitar-gigiyenik qaydalara tam əməl etməlidir. İnsanların bəziləri sosial məsafəni gözləmir, maska taxmır və qoyulan qaydalara əməl etmir. Bir daha biz xahiş edirik ki, valideynlər diqqətli olsunlar. Övladlarının yoluxmaması üçün gərəkən addımları atsınlar. Bəzən valideynlər uşaqların arxasınca gəlir, sıx kontaklar olur. Bundan biz qaçmalıyıq. Niyə yoluxma bəzi məktəblərdə var, bəzilərində yox. Hansı məktəblərdə ki, qaydalara əməl edilirsə, orada yoluxma aşağı olur. Əgər məktəblərdə qoyulan qaydalara əməl edilməsə virusla bağlı vəziyyət gərginləşə bilər. İndidən proqnoz vermək çətindir. Heç bir ciddi narahatçılığa əsas yoxdur. Səlahiyyətli dövlət qurumları prosesi nəzarətdə saxlayır. Baş verənlər təhlil və analiz edilir. Əgər ciddi narahatlıq olarsa, müvafiq qurumlar tərəfindən müvafiq qərar qəbul ediləcək. İnsanlar çalışmalıdır ki, qaydalara əmək etsinlər və bu kimi təhlükələrlə üzləşməyək. Dövlət tərəfindən bütün addımlar atılır”. Deputat Müşfiq Cəfərov söyləyib ki, məktəblərin bağlanmasına ehtiyac yoxdur, çünki artım dinamikasına görə dünyada bizdən də çox yoluxan ölkələr var: “Sadəcə olaraq belə halların olması məktəblərdə maksimum məsuliyyəti artırmalıdır. Yəni bu artıma imkan vermək olmaz. Amma məktəb direktorları, regionlardakı təhsil şöbələri, müəllimlər və valideynlər bu işə ciddi yanaşmalıdır. Yoluxmanın olması qaçılmazdır. Çünki çoxlu sayda övladlarımız orta məktəblərdə təhsil alır. Nəzərə almalıyıq ki, bu gün sadəcə ibtidai siniflər məktəbə yollanır. Bakı şəhərində şagirdlər 2, regionlarda isə 3 gün məktəbə gedirlər. Əgər biz planlaşdırırıqsa, yuxarı siniflər də məktəbə getsin, o zaman qaydalara ciddi əmək etməliyik”.
Azərbaycanda məktəblər 1 ay bağlanır? – AÇIQLAMA



Avqustun 17-də metro fəaliyyətini bərpa edəcəkmi? – “Hazırlıq işləri görülür” – AÇIQLAMA
Nazirlikdən COVİD-19-la bağlı açıqlama-Yoluxma sayı artır?
Gürcüstanda yoluxma sayında yeni rekord
Azərbaycanda məktəblər AÇILIR? - RƏSMİ AÇIQLAMA
Daha 10 şagirddə koronavirus aşkarlandı - RƏSMİ
14 şagirddə koronavirus aşkarlandı
RƏSMİ AÇIQLAMA: Bu gün 19 şagird və 3 təhsil işçisi koronavirusa yoluxdu
Məktəblər yenidən bağlana bilər?
Daha 13 məktəblidə koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
Bu gün məktəblərdə koronavirusa yoluxanların SAYI AÇIQLANDI
Azərbaycanda "sms icazə" yenidən BƏRPA EDİLİR? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 