ONN İnformasiya Agentliyi

Belarusda ARA QARIŞDI: Polislər yaralandı, 364 nəfər isə...

Belarusda ARA QARIŞDI: Polislər yaralandı, 364 nəfər isə...
24-09-2020, 14:38

Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçməsini protest etmək üçün ölkə miqyasında təşkil edilən etiraz aksiyalarında 364 nəfər saxlanılıb. ONN media  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova bildirib. Sözçü qeyd edib ki, ötən gecə ölkənin 59 bölgəsində keçirilən aksiyalara 5 minə yaxın insan qatılıb. Etirazlar aqressivləşib və sadə vətəndaşlar asayiş keşikçiləri ilə açıq münaqişəyə girib. Polisə fiziki zərər vermək üçün daş və digər sərt maddələrdən istifadə olunub. Nəticədə hüquq-mühafizə orqanları əməkdaşlarından yaralananlar olub. Vitebsk şəhərində naməlum şəxslər ətrafa sivri ucluqlu metallar saçıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png