“Ukrayna hökuməti Belarusla ümumi sərhədlərin bağlanması ilə bağlı Minskdən hər hansı rəsmi məktub almayıb”.
ONN media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.
“Ukrayna tərəfi sərhədlərin Belarus tərəfdən bağlanması ilə bağlı hələ rəsmi məlumat almayıb. Bu addımdan ən çox Belarus xalqı əziyyət çəkəcək. Ukrayna ölkədən Belarusa silah tədarükü ilə bağlı Aleksandr Lukaşenkonun ittihamını qəti şəkildə rədd edir. Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Gələcəkdə də bunu etmək fikrimiz yoxdur. Şimal sərhədinin təhlükəsizlik məkanı olaraq qalması üçün Minskdən də eyni mövqeyi gözləyirik.
Əminik ki, heç bir absurd ittiham Belarus xalqını dost Ukrayna xalqından və insan hüquqlarını qoruyan, hörmət edən Ukrayna dövlətindən uzaqlaşdırmayacaq", - Nikolenko bildirib.
Xatırladaq ki, Aleksandr Lukaşenko ölkə ərazisinə Ukraynadan xeyli sayda silah gəldiyinə görə sərhəd qoşunlarına sərhədləri tamamilə bağlamağı tapşırdığını bildirmişdi.



Lukaşenko ƏMR VERDİ: Ukrayna sərhədini bağlayın!
Belarus Ukraynaya nota verdi
Lukaşenko: Ukrayna bizə zərbə endirməyə hazırlaşırdı
Zelenski təsdiqlədi: Görüş Belarus sərhədində keçiriləcək!
Lukaşenko Ukrayna ordusunu parçalayır?
Ukraynanın "Taxıl sazişi" imzalamaq üçün şərti nədir?
Ukrayna Rusiya ilə sülh şərtlərini açıqladı
Belarus Ukrayna diplomatlarını ölkədən qovur
Sakinlərə gələn sirli məktubla nələr yazılıb?
Belarus ordusu yeni hücuma hazırlaşır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 