Türkiyənin yutub fenomenlərindən biri Tayfun Demir haqqında dəhşətli faktlar məlum olub. ONN media xəbər verir ki, onun 52 il 4 ay 15 gün həbs cəzasına məhkum edilmiş cinayətkar olduğu üzə çıxıb. Belə ki, İstanbulda yaşayan 38 yaşlı Tayfun Demir 2007-ci ildə dələduzluq ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib. Həbsdə ikən universitetdə təhsil almağa başlayıb. 2011-ci ildə dövlət imtahanı bəhanəsilə həbsxanadan qaçıb. O, izini itirmək üçün saxta sənəd hazırladaraq özünü cinayətə qurban getmiş formada təqdim edib. Dəmirin saxta ölüm sənədini prokurorluq da qəbul edib. O, bu metodla haqqındakı bütün ittihamlardan və 100-dən çox axtarış şikayətindən qurtulub. Saxta sənədlə yoxa çıxan Dəmir İstanbulda bir bank şöbəsindən N.Ö. adına kredit almaq istəyərkən təsbit edilib. Bankda aparılan araşdırma nəticəsində dələduzluğu Dəmirin etdiyi anlaşılıb. Ədliyyənin kamera qeydlərini analiz edən polis onun saxta sənəd çıxardığını aşkarlayıb. Qeydlərdə 12 dekabr 2012-ci ildə saxta Yusif Dəmir adı ilə ölüm sənədini təqdim edənin şəxsən Tayfun Dəmir olduğu üzə çıxıb. Lakin o dövrdə aparılan araşdırmalara rəğmən, Dəmir yenə də izini itirməyi bacarıb. Daha sonra texniki izlənməyə götürülən Tayfun Demir 6 ay əvvəl Muğlada tapılıb. Onun 450 min izləyicisi olan yutub səhifəsi də aşkarlanıb. Demir Muğladakı evində saxta sənədləri ilə birlikdə yaxalanıb. Araşdırmalar zamanı bəlli olub ki, Tayfun Demir 2018-ci ildə axtarışda olmasına rəğmən, məşhur “Kim milyoner olmaq istəyir?” yarışmasına qatılıb. Özünü heyvansevər yutuber olaraq tanıdan Dəmirin ad və soyadı eyni olan vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə edərək kredit götürdüyü, müxtəlif cinayət hadisələrinə səbəb olduğu bildirilir.
Məşhur yutuberin FİLM KİMİ CİNAYƏTİ - Axtarışda olsa da, televiziya yarışmasına qatıldı və...



Arda Turanın anası həbs edildi
Əfv sərəncamının icrasına başlanıldı
Prezidentdən 620 nəfərə Novruz MÜJDƏSİ
Əfv olunan 11 qadın azadlığa buraxıldı
Cütlüyün Terror təşkilatına üzv olduğu üzə çıxdı
5 jurnalisti öldürən caniyə 5 dəfə ömürlük həbs cəzası verildi
Əfv sərəncamı kimlərə şamil olundu?
Günahsız məhkum 23 il sonra azadlığa qovuşdu
“Samsunq”un rəhbəri azadlığa çıxdı
İstanbulda dəhşətli terakt hazırlığı: polis ayağa qalxdı - FOTO
Bakıda saxta dollarlar aşkarlandı - RƏSMİ
Əsəd HƏBS EDİLDİ - Bütün sərvəti əlindən alındı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 