Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 26-ya yüksəlib. ONN media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəzadan yaralı çıxan 2 nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib. Digərinin müalicəsi davam edir. Ukrayna Prezidenti Vladimir Zelenski hadisə yerində verdiyi açıqlamada zərərçəkənlərin ailələrinə yardım olunacağını deyib. Ukrayna Daxili İşlər naziri Arsen Avakov və Müdafiə naziri Endri Taran da hadisə yerinə gedib. Qəzanın səbəblərini araşdırmaq üçün Baş nazirin müavini Oleq Uruskinin rəhbərliyində dövlət komissiyası yaradılıb. Hadisə səbəbilə bu gün Ukraynada milli matəm elan olunub. Qeyd edək ki, ötən gecə 27 nəfərlik heyəti daşıyan AN-26 tipli hərbi təyyarə qəzaya uğramışdı. Nəticədə 25 nəfər hadisə yerindəcə dünyasını dəyişmişdi. Digər 2 nəfər qəzadan saniyələr əvvəl təyyarədən özlərini atmışdı. Təlim uçuşu həyata keçirən təyyarədə Xarkov Hava Qüvvələri Universitetinin tələbələri və ekipaj üzvləri olub.
Ukraynada matəm ELAN EDİLDİ



Xarkovda matəm elan olundu
İsveçrədə hərbi təyyarə qəzaya uğradı
Pakistanda təyyarə qəzası
Xarkovda daha 3 azərbaycanlı öldü
Gürcüstanda matəm elan olundu
Gürcüstanda matəm elan olundu
Hərbi təyyarə qəzaya uğradı - Ölənlər var
Ukraynada erməni əsilli nazir İSTEFA VERDİ
Rusiya Xarkovu vurdu: 5 ölü, 20 yaralı
Kubada matəm elan olundu
BMT-nin Bakı ofisi niyə bayrağı endirdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 