“Ermənistan silahlı bölmələri mülki əhalini, kəndləri atəşə tutdular, mülki əhalini bir daha hədəfə aldılar. Azərbaycanın mülki əhalisi arasında xəsarət alanlar var. Prokurorluq bu barədə araşdırma aparır, dəymiş zərər qiymətləndirilir”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirir və ordumuz bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir: “Erməni təxribatının qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Bu əməliyyatların təfərrüatı barədə ola bilər ki, hərbi sirr olduğu üçün indi tam təfsilatı ilə məlumat verilmir. Amma Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Ermənistanın cinayətlərinin qarşısını almaq üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu da torpaqlarımızın işğaldan azad edilməsidir. Bu gün səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir. Düşməni də qorxudan budur. Beynəlxalq ictimaiyyətə də Ermənistanın təxribatları barədə məlumat verilib. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.
Hikmət Hacıyev: "Düşmən yerinə otuzdurulur"



Ermənistan dövlət səviyyəsində terror həyata keçirir
Biz onları iti qovan kimi qovuruq - HACIYEV
Hikmət Hacıyevdən SON DƏQİQƏ Ermənistan açıqlaması
Elə günlər olurdu ki, Tərtərə... - Hikmət Hacıyev AÇIQLADI
Prezidentin köməkçisi: "Azərbaycan silahlı qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir"
Ermənistanın "qələbə" illüziyaları darmadağın edildi - Hacıyev
Hikmət Hacıyev ərazilərimizə atılan mərmilərin sayını AÇIQLADI
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki... - Hikmət Hacıyev
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ AÇIQLAMA
Ermənistan tərəfinə xəbərdarlıq edirik! - Hikmət Hacıyev
Azərbaycanlılar və Ermənilər bir ölkə vətəndaşı kimi yaşaya bilərlər- Hikmət Hacıyev
Xankəndidə bu nöqtələr məhv edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 