“Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı tərəfindən ölkə ərazisində hərbi vəziyyət elan edilmişdir”. ONN media xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə bildirib. “Xüsusi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir. Mövcud qanunvericiliyə əsasən, yəni Azərbaycanda “Səfərbərlik hazırlığı haqqında” qanuna əsasən səfərbərlik Azərbaycan Respublikası, iqtisadiyyatının yerli icra hakimiyyəti və özünü idarəetmə orqanlarının, idarə və təşkilatların xüsusi iş rejimində keçirilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir . Yəni, bir daha vurğulamaq istəyirik ki, bu gün Azərbaycanda səfərbərlik yox, hərbi vəziyyət elan edilib. Nəzərinizə çatdırmaq istəyirik ki, səfərbərlik ölkəmizdə KİV-lərlə, radio, media və sosial şəbəkələr vasitəsi ilə elan ediləcək. Bu haqda bütün ictimaiyyət məlumatlandırılacaq. Zərurət yarandığı halda, yəni Azərbaycanda səfərbərlik elan edilərsə, bütün hərbi vəzifəlilər xidmətin yerli struktur bölmələrinə çağırılacaq, ölkənin müdafiəsinə və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərə cəlb ediləcklər. Bir daha Azərbaycan ictimaiyyətinə öz təşəkkürümüzü bildiririk ki, bu günlərdə böyük ruh hissi ilə bizim xidmətə də müraciət edərək döyüş bölgəsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi naminə döyüş əməliyyatlarında iştirak etmək üçün müraciət edirlər”, - deyə o qeyd edib.
Səfərbərlik Xidmətindən hərbi vəziyyətlə bağlı - MÜHÜM AÇIQLAMA



SON DƏQİQƏ: Azərbaycanda qismən səfərbərlik elan edildi
Ölkə başçısından FƏRMAN
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Səfərbərlik xidmətindən mühüm açıqlama
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
38 min nəfər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Ölkədə səfərbərlik olacaq?- Rəsmi
Orduya könüllü qoşulmaq istəyənlərin sayı 50 mini keçdi - AÇIQLAMA
Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlandı
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 