Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qismən səfərbərliklə bağlı detalları şərh edib. ONN media xəbər verir ki, Z.Abdullayev brifinqdə deyib ki, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq, Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və mişmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsinsən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar. “Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün imkanlara malikdir. Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən zənglər və SMS-lər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər”. O qeyd edib ki, son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər. “Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək”, - deyə Z.Abdullayev yekunlaşdırıb.
Qismən səfərbərliyə bu şəxslər cəlb olunacaq - RƏSMİ



Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlandı
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
SON DƏQİQƏ: Azərbaycanda qismən səfərbərlik elan edildi
38 min nəfər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir
Səfərbərlik xidmətindən mühüm açıqlama
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Prezident bu generallarla bağlı SƏRƏNCAM İMZALADI
23 min 500-dən çox vətəndaş orduya yazıldı - Rəsmi
İlham Əliyev onların da rütbəsini ARTIRDI
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 