Bu gün Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya zəng edib. Ombudsman Aparatının Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Şərəf Malkoç 27 sentyabr tarixindən başlayaraq Ermənistanın təxribat xarakterli hərbi hücumlarının qarşısını alarkən həyatlarını itirən hərbi qulluqçular, eyni zamanda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin iriçaplı silahlarla atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərlə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib. Baş Ombudsmanı eyni zamanda döyüşlərin getdiyi təmas xəttindəki vəziyyətlə də maraqlanıb. O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə daim qardaş Azərbaycan xalqının yanındadır və onun haqq işini hər zaman olduğu kimi dəstəkləyir. Azəbaycan Ombudsmanı Səbinə Əliyeva diqqətə və dəstəyə görə Şərəf Malkoça təşəkkürünü bildirib. O, iki qardaş ölkə arasında dostluq münasibətlərinə toxunaraq, Azərbaycanın daim Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng etdi



Azərbaycan və Türkiyənin ombudsmanları Gəncədədir
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü
Türkiyə səfirliyində Bakının azad edilməsi günü qeyd olundu
Səbinə Əliyeva TBMM-in sədri ilə görüşdü
Yeni ombudsman kollektivə təqdim olundu
İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul etdi
Ombudsman dünya ictimaiyyətinə çağırış etdi
Ermənistanın ombudsmanı istefa verdi
Qafarova Türkiyəyə başsağlığı verdi
İlham Əliyev: Biz bu çirkin rejimin belini qırırıq, qıracağıq!
Ərdoğan İlham Əliyevə zəng etdi - SON DƏQİQƏ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 