ABŞ-nın müxtəlif media saytlarında Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü haqqında məqalələr dərc olunub. ONN media bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Səfirlik tərəfindən hazırlanan məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də atəşkəs rejimini bir daha pozaraq mülki əhalinin məskunlaşdığı yerləri, həmçinin təmas xətti boyunca Azərbaycan Ordusunu kütləvi artilleriya atəşinə tutub. Azərbaycan kəndlərinin bombalanması nəticəsində bir sıra mülki şəxs həlak olmuş, bir çoxu yaralanıb. Yaşayış yerlərinə və mülki infrastruktura ciddi ziyan dəyib. İndiyə qədər 19 mülki şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib. Azərbaycanın Naftalan rayonunda yalnız bir evin atəşə tutulması nəticəsində uşaqlar da daxil olmaqla bir ailənin bütün üzvləri Ermənistan qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın sonuncu təxribatları 12-14 iyul tarixlərində beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində Azərbaycana qarşı törədilib və Azərbaycan tərəfinin general mayorunu və 76 yaşlı mülki vətəndaşını itirdiyi hücumların davamıdır. BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib. Rusiyadan silahların kütləvi şəkildə Ermənistana daşınmasının son aylarda intensivləşməsi açıq müharibə hazırlığının göstəricisi idi. Bununla yanaşı, cari sülh prosesini açıq şəkildə rədd edən və daha çox ərazilərin işğalına səsləyən Ermənistan baş naziri Paşinyanın və müdafiə naziri Tonoyanın müharibəyə çağıran bəyanatları Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi danışıqlar prosesinə ciddi zərbə vurub. Bu xüsusda Prezident İlham Əliyevin Ermənistanın davamlı hərbi təxribatları barədə BMT-dəki xəbərdarlığı Ermənistanın az sonra mülki azərbaycanlılara qarşı hücumu etməsi ilə öz təsdiqini tapıb. Döyüşlərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın beynəlxalq suveren ərazilərində aparılmasının dərk edilməsi olduqca vacibdir. Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, iyulda sərhəd boyunca hücuma keçən Ermənistandan fərqli olaraq, Azərbaycanın Ermənistan Respublikasının ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan hər zaman iki ölkənin firavan gələcəyi naminə müfəssəl və nəticələrə yönəlmiş danışıqları dəstəkləyib. Biz dünya ictimaiyyətini Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilə bilinməyəcəyini və qəbuledilməzliyini Ermənistana izah etməyə çağırırıq. Ümid edirik ki, regionumuzda davamlı sülh qalib gələcək.(axar.az)
Ermənistan Azərbaycanın mülki əhalisini öldürür - ABŞ MEDİASI



Gəncədə 1 mülki şəxs həlak olub - 4 nəfər yaralanıb
Ermənilərin təxribatı nəticəsində 61 mülki şəxs qətlə yetirilib - RƏSMİ
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
Ermənistanın qətlə yetirdiyi mülki şəxslərin sayı ARTDI
25 mülki şəxs qətlə yetirilib - RƏSMİ
Ermənistanın mülki əhaliyə vurduğu ziyan barədə SON XƏBƏR
Ermənilərin mülki əhaliyə qarşı hücumları ilə bağlı SON MƏLUMAT
Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI
Ermənilərin Bərdəni ağır artilleriyadan atəşə tutmasından bir il ötür
Erməni terroru nəticəsində 28 mülki şəxs həlak olub
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Ombudsman atəşə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 