Mədəniyyət Nazirliyi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektlərinin sayını açıqlayıb. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi var. Bununla yanaşı, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.
İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı nə qədərdir?



Mədəniyyət Nazirliyindən Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə ETİRAZ
Pakistanlı direktor Ağdam səfərindən yazdı
Ermənistan 28 abidəni tamamilə dağıdıb
Gürcüstanda yeni nazirlik yaradıla bilər
Şuşanın işğalından 28 il ötür
Prezidentdən Şərqi Zəngəzur və Qarabağla bağlı sərəncam
Bakıdan erməni filminə etiraz
Mədəniyyət Nazirliyində yeni təyinat
Dövlət Xidmətinin regional idarələri yaradılır
Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
23 iyul Ağdam rayonunun işğal olunduğu gündür
Mədəniyyət Nazirliyi məlumat yaydı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 