Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti cəbhədəki erməni təxribatı ilə bağlı növbəti məlumat yayıb. Məlumatda deyilir: Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən 30.09.2020-ci il tarixdə saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.
Ermənilər Tərtəri atəşə tutdu: 7 mülki şəxs...



Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı - RƏSMİ
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri AÇIQLANDI
Ermənilərin vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI
Füzulidə 30 yaşlı dinc sakin Ermənistan ordusu tərəfindən qətlə yetirildi
Erməni təcavüzü nəticəsində 14 mülki sakin ölüb, 46 nəfər yaralanıb - RƏSMİ
33 nəfər yaralandı, 65 evə ziyan dəydi - RƏSMİ
Ermənilər mülki əhalini atəşə tutdu: 2 qardaş HƏLAK OLDU
Ermənilərin 7 mülki şəxsi yaraladığı yerdən - FOTOLAR
SON DƏQİQƏ: Ermənilər Tərtəri atəşə tutdu: 1 ölü, 3 yaralı
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 