“Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır”. ONN media xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistan ərazisində iki “Su-25” tipli təyyarə havaya qalxıb: “Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi. Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd “Su-25” təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik”.
“Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”



Azərbaycan HHQ-nin Su-25 təyyarəsi vurulub? - RƏSMİ CAVAB
Ermənistanın "qələbə" illüziyaları darmadağın edildi - Hacıyev
Hikmət Hacıyevdən SON DƏQİQƏ Ermənistan açıqlaması
Ermənistanın baş naziri yenidən yalan danışır - Hikmət Hacıyev
Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Hikmət Hacıyev erməni vandalizmindən yazdı
PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir
Qəbələyə raketlər haradan atılıb? - Prezidentin köməkçisi AÇIQLADI
Su-25 təyyarəmiz vurulmayıb - RƏSMİ
Hikmət Hacıyev ermənilərin Naxçıvan hücumundan yazdı
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki... - Hikmət Hacıyev
Rusiya tərəfinin açıqlamaları bizi tam qane etmir - Hikmət Hacıyev
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 