Dırnaqları yemək bir vərdişdir. Əgər dırnaqlarınızı yemək vərdişiniz varsa, həmin anları nəzarət altında saxlayıb vərdişinizdən əl çəkə bilərsiniz. Düzdür bu çox çətin olacaq, çünki illərin alışqanlığını birdən-birə tərgitmək mümkün deyil. Bəs bunun üçün nə etmək lazımdır? 1. Adətən dırnaqlarını yeyən adam onları yeməyə başladıqdan sonra nə etdiyini fərq edir. Buna görə də dırnaqların ucuna acı krem sürtmək lazımdır ki, ağıza dəyən kimi acılıq hiss olunsun. Dırnaq yeyən adamlar üçün xüsusi acı dada malik mazlar və xüsusi kremlər var. Bu kremləri hər səhər əl-üz yuduqdan sonra dirnaqların dibinə çəkmək lazımdır. Əgər dırnaqlarla birlikdə dırnaqlarınızın ətrafındakı ətləri də yeyirsinizsə, onda bu kremdən dırnaqətrafı ətlərə də sürtülməlidir. 2. Dırnaq yeməyi tərgitmək üçün dırnaqları dibindən kəsmək və cilalamaq lazımdır. Bu zaman dırnaq dişlərə gəlib çatmır və bu vərdiş yavaş-yavaş unudulur. Belə ki, dırnaq və dırnaqətrafı ətlər yaxşı yiyələndikdə onları dişləyib qoparmaq olmur. Yiyələnməni bir neçə ay davam etdirsəniz dırnaqları yemək vərdişiniz tamamilə yadınızdan çıxacaq. 3. Qızlar üçün dıqnaqlarını yeməsin deyə manikür etmək məsləhət görülür. Çünki manikürün pozulması qorxusu onları bu vərdişdən uzaqlaşdıracaq. Dırnaqları yemək sadəcə kənardan görünən pis bir vərdiş deyil, o dırnaq ətlərinin sağlamlığı üçün də zərərlidir. Bəzən bu vərdişin meydana gəlməsində stressin, iradə zəifliyinin, sinir sisteminin də rolu olduğu söylənilir. Əgər belə problemləriniz varsa, onların da aradan qaldırılması dırnaq yemək vərdişindən qurtarmanıza kömək olacaq.
Dırnaq yemə vərdişindən necə əl çəkməli?



Dırnaq boyanızın uzun müddət qalması üçün 4 qayda
Dırnaq boyasının qalıcı olması üçün bunları edin
Uzun dırnaqlara sahib olmaq istəyənlər oxusun
Dırnaqlarınızı sağlam saxlamağın yolu
Dırnaqları uzatmaq üçün qəribə ÜSUL
Dırnaqlar nə üçün soyulur? - Səbəblər və çarələri
Dırnaqları tez-tez qırılanlar bunu etsin
Dərinizi cavanlaşdıran və parıltı verən maskalar
Kələm turşusu: Orqanizmə qeyri-adi faydaları
Üzə necə qulluq etmək lazımdır?
Gel dırnaq boyaları xərçəng yaradır
Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası – Bu xəstəliklərdə müalicədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 