Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanlayıb. ONN media xəbər verir ki, mətndə deyilir: "Hörmətli cənab Sədr, Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, 20-yə yaxın mülki şəxsimiz, o cümlədən iki uşaq həlak olmuş, 50-dən çox mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirir. Bu təxribat Ermənistanın ölkəmizə qarşı 30 ildən artıq yürütdüyü işğalçılıq siyasətinin davamıdır. Son vaxtlar, xüsusilə də iyul-avqust aylarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar müntəzəm xarakter almış, bu ölkənin hərbi-siyasi rəhbərliyi danışıqlar prosesini şüurlu şəkildə sarsıtmağa yönəlmiş təcavüzkar bəyanatlar səsləndirmişdir. Eyni zamanda, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində xarici vətəndaşların qeyri-qanuni məskunlaşmasını həyata keçirmiş, torpaqlarımızda vuruşmaq üçün on minlərlə könüllüdən ibarət hərbi birləşmələr yaratmışdır. Azərbaycan Ordusu öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcəkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm. Ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Bosniya və Herseqovina xalqına daim rifah və əmin-amanlıq diləyirəm".
İlham Əliyev Bosniya və Herseqovinanın dövlət başçısına təşəkkür etdi



Bosniya və Herseqovinanın lideri İlham Əliyevi təbrik etdi
İlham Əliyev Bosniya və Herseqovinanın liderini təbrik edib
Şefik Caferoviç İlham Əliyevə zəng etdi
Lukaşenko İlham Əliyevə zəng etdi
Bosniya və Herseqovina Azərbaycanda səfirlik açacaq
Makron İlham Əliyevə zəng etdi
Ermənistan tərəfinə xəbərdarlıq edirik! - Hikmət Hacıyev
Həsən Ruhani İlham Əliyevə zəng etdi
İlham Əliyev Şefik Caferoviçlə görüşüb
Prezidentin köməkçisi: "Azərbaycan silahlı qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir"
Ərdoğan Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ
Azərbaycan ilə Bosniya və Herseqovina Bəyannamə imzalanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 