27 sentyabrdan etibarən təmas xəttinin Azərbaycan istiqamətində Ermənistan silahlı birləşmələri tərəfindən edilən hücumlar nəticəsində Azərbaycanın 19 mülki vətəndaşı qətlə yetirilib. ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib. Baş prokuror 27 sentyabrdan etibarən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər və vurulan ziyan barədə məlumat verib: "Bu faktlarla bağlı bir neçə cinayət işi açılıb. Bu işlər dinc əhalinin öldürülməsi, yaralanması və mülki obyektlərin zərər görməsi ilə bağlıdır. Bugünədək edilən hücumlarda 19 nəfər dinc əhali öldürülüb. Onlar arasında 3 qadın və 2 azyaşlı uşaq var. Onlar Naftalan şəhərinin Qaşaltı kəndinə hücum nəticəsində həlak olub. Ümumilikdə, bir ailənin evinə düşən mərmi nəticəsində bir ailənin 5 üzvü həlak olub. Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 120 və 121-ci maddələri ilə cinayət işi açılıb. Digər bir hadisə 28 sentyabrda Ağdam şəhərində baş verib. Burada erməni silahlı qüvvələrinin hücumu nəticəsində Coşqun Paşayev həlak olub. Ağdam rayonunun Qaradağlı kəndində isə Sarıyev Elməddin həlak olub. Tərtər şəhərinə hücum zamanı 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. 28 sentyabrda ermənilərin dinc əhaliyə hücumu Tərtərdə 3 nəfərin həlak olması ilə nəticələnib. Qarabağdan olan qaçqınlar üçün salınan Şıxarx yaşayış qəsəbəsinə atılan mərmi nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub ki, onlardan ikisi qardaşdır. Mehdiyeva Ayna 29 sentyabrda Tərtərə hücum nəticəsində dünyasını dəyişib. Füzuli rayonunun Horadiz və Cocuqmərcanlı kəndinə hücum nəticəsində 2 nəfər həlak olub. Sonuncu ölüm hadisəsi 1 oktyabrda Ağdamda qeydə alınıb". Baş prokuror qeyd edib ki, beləliklə, Baş Prokurorluq tərəfindən məsələlərlə bağlı 12 cinayət işi başlanıb: "Bu proseslər Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılır".
Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlıların STATİSTİKASI



Ermənilərin mülki əhaliyə TERROR HÜCUMU: 7 AİLƏ MƏHV OLDU
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri AÇIQLANDI
Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı - RƏSMİ
Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat
Ermənistan Bərdəni atəşə tutdu - ÖLƏN VAR
Vətən müharibəsi vaxtı ermənilər 12 uşaq və 27 qadını qətlə yetirib - RƏSMİ
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA
Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Ermənilərin vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI
Ermənilərin təxribatı nəticəsində 61 mülki şəxs qətlə yetirilib - RƏSMİ
Azərbaycan 21 ermənini axtarışa verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 