ONN İnformasiya Agentliyi

Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib

Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib
5-10-2020, 12:44

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terror aktları nəticəsində həlak olan 24 nəfərdən 5-i qadın, 3-ü uşaqdır, xəsarət alanlardan 30-u qadın, 7-si uşaqdır”. ONN media bildirir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib. O deyib ki, özünü Qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” kimi təqdim edən Araik Arutyunyan feysbuk hesabında canlı yayımı zamanı Gəncəyə raket atəşi əmrini verdiyini elan edib: “Bununla bağlı Araik Aratyunyan haqqında Azərbaycan Baş Prokurorluğunda müxtəlif maddələrlə cinayət işi başlanılıb. Mingəçevir şəhəri raket atəşinə tutulub, atılan 3 raketdən ikisi partlamayıb, birinin yaşayış evinə düşməsi nəticəsində 5 nəfər xəsarət alıb. Bu faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png