Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket atması nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb. ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Erməni terroru nəticəsində daha 33 nəfər xəstəxanaya yerləşdirilib. ***** İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. ONN media Baş Prokurorluğa istinadən xəbər verir ki, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olmuş, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir. Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.
Gəncəyə raket atılması nəticəsində 7 nəfər həlak oldu - YENİLƏNDİ



Mingəçevirə atılan raket havada məhv edildi
Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMA
Gəncədən görüntülər: Düşmən beynəlxalq konvensiyaları kobud şəkildə pozdu
Gəncədə erməni terroru nəticəsində həlak olanların sayı ARTDI
SON DƏQİQƏ: ermənilər Qəbələ-Bakı su kanalına HÜCUM ETDİ - YARALI VAR
Prokurorluq Gəncə terroru ilə bağlı bəyanat yaydı
Ermənilər yenidən neft kəmərlərini hədəf aldı - RƏSMİ
Ermənistan Tərtəri atəşə tutdu - Ölən var
Gəncədə ölənlərin sayı artdı - SON XƏBƏR
Ermənistan ordusu rayonlarımızı atəşə tutur - Yaralı var
Ermənilər Ağdamı atəşə tutdu, yaralılar var - Baş Prokurorluq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 