Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir. ONN media xəbər verir ki, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar. Əlbəttə ki, bu gün çağırışçıların həyatında əlamətdar gündür. Onlar Konstitusiyada təsbit edilmiş vəzifələrini yerinə yetirmək üçün böyük ruh yüksəkliyi ilə müddətli həqiqi hərbi xidmətə gedirlər. Silahlı Qüvvələrimizin bir parçası olacaq övladlarını, doğmalarını sevərək xidmətə göndərən valideynlər və onların yaxınları ənənələrinə sadiq qalaraq gənclərin hərbi xidmətə yola salınma mərasimində yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Çağırışçılar hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, əcdadlarımızın keçdiyi şərəfli yolu inamla davam etdirəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər. Bir daha xatırladaq ki, gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!
Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması davam edir



Azərbaycanda hərbi xidmətə çağırış başladı
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınırlar
Azərbaycanda hərbi xidmətə çağırış başlayıb
18 yaşı tamam olanlara ŞAD XƏBƏR
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM İMZALADI
Hərbi xidmətə çağırışla bağlı sərəncam
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 