Ermənistan daha çox cinayət işləmədən işğal etdiyi torpaqları dərhal boşaltmalıdır. ONN media xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Qoşun komandanlarının videokonfrans formatındakı iclasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edən nazir bildirib ki, Türkiyə Azərbaycanın haqlı davasında qardaşının yanındadır: “Terror təşkilatı ilə belə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayınca, əvvəl yalanlarla təxribatlara sarıldı. Hamısının da yalan olduğu qısa müddət sonra üzə çıxdı. İndi də barbar formada və terrorçu kimi məsum sakinlərin yaşadığı bölgələri hədəf alır. Ermənistan dinc sakinləri hədəf alaraq bu şəkildə müharibə cinayəti işləyir. Bu, hamı tərəfindən bilinməlidir”. Akar qeyd edib ki, uşaq, qadın və qoca demədən məsum əhalini açıq şəkildə hədəf alan Ermənistan hökuməti başda öz xalqı olmaqla, mütləq vicdanlar qarşısında ittiham olunacaq. Türk general vurğulayıb ki, Ermənistan terror təşkilatları ilə əməkdaşlığını dərhal sonlandırmalı və terrorçuları bölgədən çıxarmalıdır: “Ayrıca, 30 il boyunca işğala səssiz qalanlar Ermənistanın bu üzünü görməli və işğal olunan torpaqların real sahiblərinə verilməsi üçün təşəbbüs göstərilməlidir”.
Türk generaldan Ermənistana XƏBƏRDARLIQ



Akardan Qarabağ AÇIQLAMASI: Nə lazımdırsa, etməyə hazırıq
Bunun ən böyük faydası Ermənistana olacaq - Akar
Akardan İrəvana MESAJ: Türkiyə bundan sonra da...
Türkiyəli nazirdən İrəvana SƏRT SÖZLƏR
Ermənistandan biz bunu tələb edirik - Hulusi Akar
Türkiyədən İrəvana XƏBƏRDARLIQ: PKK-YPG terrorçuları...
Nazirdən SƏRT AÇIQLAMA: Bəziləri hələ də kar və kordur
Akar: Ermənistan arxasındakı güclərə güvənir
Akar: "Bütün dünya müzakirə edir və diqqətlə izləyir"
Zakir Həsənov Hulusi Akarla danışdı
Qarabağ müharibəsi türk silahının effektivliyini açıq şəkildə göstərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 