Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluqdan ONN media -ya verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olub, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olub, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Ermənilərin açdığı atəş nəticəsində daha 2 nəfər həlak oldu, 5-i yaralandı



Ermənilər bu dəfə Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf aldılar
Düşmən Ağdamda qadını mərmi atəşinə tutdu
Qarabağ kəndinin 3 mülki sakini yaralandı
Goranboy atəşə tutuldu, bir nəfər öldü - RƏSMİ
Tərtərdə ölən və yaralanan mülki şəxslərin adları açıqlandı - RƏSMİ
Ermənilərin Ağdamda təxribatı - YARALILAR VAR
Ermənilərin vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI
SON DƏQİQƏ: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər yaralandı
Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı - RƏSMİ
Füzulidə 30 yaşlı dinc sakin Ermənistan ordusu tərəfindən qətlə yetirildi
Ermənistan ordusu mülki əhalini atəşə tutdu - İki bacı həlak oldu
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 