Cəbhədə uğurlu əks-hücum əməliyyatı aparan şanlı Ordumuza, eyni zamanda daxildə gizli düşmənə - COVID-19 infeksiyasına qarşı mübarizə aparan fədakar həkimlərimizə dəstək olmaq üçün bu günlərdə arxa cəbhədə olan bizlərdən daha məsuliyyətli olmaq tələb olunur.
Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumata görə, hər birimiz üçün həssas olan bu günlərdə çalışmalıyıq ki, əlavə resurslar cəlb etmədən hər iki istiqamətdə qələbə qazanaq.
Ölkəmizdə koronavirus infeksiyasına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.
Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma halları riskini artırır. Bu baxımdan, avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilməkdədir.
Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş məntəqələrdə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət artırılıb. Həmçinin sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılır və maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.
Tibbi maskadan istifadənin mütləq olduğunu nəzərə alaraq bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik.



Bakıda maska taxmayanlarla bağlı sərt qadağalar başlayır - ELAN
Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi
BNA tibbi maskadan istifadə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Avtobusda maskasız sərnişin aşkarlanarsa, polisə məlumat veriləcək
Bakıda avtobuslar üçün xüsusi zolaqlar çəkiləcək
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
Bakıda avtobuslarda kondisionerlər qoşuldu
İlham Əliyev 1 fərman 1 sərəncam imzaladı
DYP -dən növbəti REYD: 30-dan artıq şəxs CƏZA ALDI
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir
Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
Bakıda reyd: Avtobus sürücülərinə xəbərdarlıq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 