Azərbaycan ordusunun suriyalı döyüşçülərə ehtiyacı yoxdur. ONN media xəbər verir ki, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç deyib. O bildirib ki, Türkiyə Azərbaycana suriyalı döyüşçü göndərməyib və ya maliyyələşdirməyib: “Azərbaycan belə bir şey istəməyib. Onların yetərincə gücü və kifayət qədər əsgəri var. Azərbaycan Ordusunun özünü qoruması üçün suriyalı döyüşçülərə ehtiyacı yoxdur. İddiaların əksinə olaraq, güvənilir mənbədən aldığımız məlumata görə, Ermənistan Dağlıq Qarabağda ermənilərlə birgə vuruşmaq üçün PKK terror təşkilatının üzvlərindən istifadə edir. Onlar özləri Azərbaycana qarşı bu şəri atır ki, azərbaycanlı mülki vətəndaşların bombalanmasını ört-basdır etsinlər”. Səfir onu da bildirib ki, Azərbaycanın hazırkı Qarabağ əməliyyatı son dərəcə qanunidir: “Erməni rəhbərliyi Azərbaycanın uzun müddətdir hücuma hazırlaşdığı barədə açıqlamalar verərək, onları hücum edən tərəf kimi göstərməyə çalışır. Bu, doğru deyil. Minsk Qrupu 90-cı illərdə olduğu kimi, tərəflər arasında atəşkəs çağırışı edir, lakin problemin həlli üçün göstərdikləri səyin bu günə qədər heç bir nəticəsi olmayıb. Ermənistan BMT-nin çağırışını yerinə yetirsə və işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk edərsə, iki ölkə arasındakı qarşıdurmalar bir gecədə bitəcək”.(axar.az)
Kılıç: Qarabağda savaş bir gecəyə bitər, əgər...



Türkiyə və Ermənistan nümayəndələri görüşdü
İsraildən suriyalı qaçqınlara QADAĞA
Erməni əsilli suriyalı silahlılar Ermənistana gətirildi
Ermənistan öz cinayətlərini ört-basdır etmək üçün bunu edir
"Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir" - Türkiyə səfiri
Azərbaycan 4 milyonluq ordu yığa bilər...
Kılıç və Rubinyan bu tarixdə görüşəcək
Hikmət Hacıyev “El Mundo” qəzetinə müsahibə verdi
“İşğal bitən kimi danışıqlar olacaq” - Hikmət Hacıyev
İlham Əliyev: "Bu, Paşinyanın növbəti yalanıdır"
Sülhməramlılar özlərini belə ifşa etdi
İrəvandan Azərbaycan və Türkiyəyə qarşı şok addım
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 