ONN İnformasiya Agentliyi

Ermənilər Füzuli və Goranboya raket atdı

Ermənilər Füzuli və Goranboya raket atdı
10-10-2020, 19:22

Ermənistanın Azərbaycana qarşı raket hücumu davam edir. ONN media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Həsənov Tvitterdə qeyd edib. O bildirib ki, Füzuliyə atılan raket əkin sahəsinə düşüb: “Bu raket Füzuli bölgəsinin kəndlərinə yönəldilib, lakin xoşbəxtlikdən əkin sahəsinə düşüb. Ermənistan bunu inkar etməyə davam edəcək. Ermənistan regional sülh və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalır. ANAMA ərazidə fəaliyyətini davam etdirir”. Bundan əlavə, Hikmət Hacıyev Goranboya da raket atıldığını bildirib: “Ermənistan Azərbaycanın Goranboy bölgəsinə raket atdı. ANAMA onu yerində zərərsizləşdirmək üçün lazımi əməliyyatı həyata keçirir. Ermənistan peşəkar yalanlarına davam edəcəkdir”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png