ONN İnformasiya Agentliyi

Bakıda 77 yaşlı qadını avtomobil vurdu

Bakıda 77 yaşlı qadını avtomobil vurdu
12-10-2020, 09:33

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı qadın ağır xəsarət alıb. ONN media xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

1943-cü il təvəllüdlü İsayeva Gülzadə Beydulla qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, G.İsayeva xəstəxanaya sol ayaq və sol əlinin sınığı diaqnozu ilə qəbul edilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png