ONN İnformasiya Agentliyi

“Azəriqaz” İB-də kadr dəyişikliyi oldu

“Azəriqaz” İB-də kadr dəyişikliyi oldu
13-10-2020, 10:56

“Azəriqaz” İstehsalat Birliyinin (İB)-də kadr dəyişikliyi olub. ONN media bildirir ki, kadr dəyişiklikləri üç departamenti əhatə edib.

Belə ki, “Azəriqaz” İB-nin Bakı şəhərində fəaliyyət göstərən Metrologiya Departamentinin rəisi Rauf Radiq oğlu Əhmədov vəzifəsindən azad edilməklə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi təyin olunub. Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zehin Məhəmməd oğlu Rəsulov vəzifəsindən azad olunaraq, Metrologiya Departamentinin rəisi təyin edilib. Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Zamin Qurban oğlu Mehrəliyev isə vəzifəsindən azad olunaraq, ona Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsi həvalə olunub.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png