Turinin "Yuventus" komandasının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldunun koronavirus testi müsbət nəticə verib. ONN media xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytında məlumat verilir. Qeyd olunur ki, 35 yaşlı hücumçuda heç bir simptom yoxdur, o, təcrid olunub. Ronaldu milli komandada işdən azad edilib və Millətlər Liqasının qrup turnirində çərşənbə günü Lissabonda keçiriləcək İsveçə qarşı oyunda iştirak etməyəcək. Oktyabrın 11-də Ronaldu Millətlər Liqasında Fransa yığmasına qarşı Sen-Denidə keçirilmiş və 0:0 hesabı ilə başa çatmış oyunda 90 dəqiqə oynayıb. Bildirilir ki, Portuqaliya yığmasının bütün üzvləri COVID-19 keçiirliblər və digər infeksiyaya yoluxma halı aşkar edilməyib. Ronaldu "Qızıl top"un beşqat sahibidir, Portuqaliya yığmasının tərkibində Avropa çempionudur, klub səviyyəsində çoxsaylı mükafatların sahibidir. Ötən mövsümdə hücumçu bütün turnirlərdə 46 oyun keçirib, 37 qol vurub.
Məşhur futbol ulduzu koronavirusa YOLUXDU



Kriştiano Ronaldo Azərbaycana qarşı
Ronaldu "Yuventus" azarkeşləri ilə vidalaşdı
Ronaldo COVID-19-a yoluxub? - NƏTİCƏ AÇIQLANDI
Millinin oyunu neytral meydanda keçiriləcək
UEFA Ronaldonu 20 min avro məbləğində cərimələyib - SƏBƏB?
Ronaldodan üzücü xəbər
Ronaldunun başdaşında NƏ YAZILACAQ?
Ronaldo Avropanın ən yaxşı idmançısı seçildi
Ronaldo Messi ilə oynamayacaq
UEFA Gənclər Liqasının qalibi bəlli oldu
Millətlər Liqasının qalibi bu ölkə oldu - İlk dəfə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 