Xalq artisti Aygün Kazımova Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbər barəsində açıqlama verib.
ONN media xəbər verir ki, sənətçi bununla bağlı ''İnstagram'' hesabında paylaşım edərək Filip Kirkorovla əlaqə saxladığını bildirib.
“Filipplə əlaqə saxlamağı özümə borc bildim və telefon danışığımızı olduğu kimi sizə təqdim edirəm:
“Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz! Bu xəbərlər yalandır! Böhtandır! Belə bir addım atılmayıb! Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm".
Bu xəbər Filipi də çox sarsıtdı. Əziz həmvətənlərim, çıxan xəbərlər tamamilə yalandır! Əzizlərim, bir xəbəri araşdırmadan bir-birimizi top atəşinə tutmayaq! Unutmayaq ki, bizi düşmən izləyir! Yeri gəlmişkən Filipp bu günə qədər nə “Can Rusiya” nə Bolqarıstan nə də “Can Ermənistan” oxumayıb. Amma “Can Canım Azərbaycanım” ifa edib. Bu mahnıya görə ermənilər Filipi top atəşinə tuturlar, “Instagram” səhifələrində və saytlarında təhqirlər yağdırırlar. Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsidir. Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq. Yalnız rəsmi xəbərlərə inanaq”-deyə, Xalq artisti qeyd edib.



Erməni hakerlərin hücumuna məruz qalan Aygün Kazımova Kirkorov haqqında görün nələr dedi
Aygün və Filippin gözlənilən KLİPİ
Bu ölkə Filip Kirkorova qadağa qoydu
Flip Kirkorovla Aygündən YENİ DUET - “Canım Azərbaycan”ım - VİDEO
Aygün Kazımova koronavirusa yoluxmasından danışdı - VİDEO
Ukrayna Kirkorovun adını "qara siyahı"dan çıxardı
Aygün Kazımova da koronaya yoluxdu
Aygün Kazımova bulvarda belə görüntüləndi - VİDEO
Aygün Kazımova şəhid generala mahnı həsr etdi - VİDEO
Aygün Kazımova ərə gedir?
Fəxrəddin Manafovun Aygün Kazımova ilə ELƏ GÖRÜNTÜSÜ YAYILDI Kİ...
Aygün Kazımova yeni imicdə - FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 