Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmış və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib. Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanmış, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildirilib. 1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub. Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir. “Qarabağ Azərbaycandır!” Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!
İşğaldan azad olunan sərhəd zastavalarımızda bayrağımız UCALDILDI - FOTO



Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı
Gənc əsgərlər and içdi
SON DƏQİQƏ: Ermənistan ordusu sərhəddə hərəkətə keçdi - TƏXRİBAT
Ermənistanla sərhəddə yeni hərbi hissə açıldı
Dövlət Sərhəd Xidməti İran sərhədi ilə bağlı xəbər yaydı
İranla sərhədimizdə 38 mina tapılıb
Azərbaycan-İran sərhədində minlərlə mina və silah-sursat aşkarlandı
Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başladı
DSX rəisi Cəbrayılda açılışda iştirak edib
Sərhədçilər and içdi
Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxıldı
Elçin Quliyev “Harop”, “Quzğun” və “Hermes”lərdən danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 