Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videoformatda mətbuat brifinqi verib. Hikmət Hacıyev humanitar atəşkəsə əməl etməyən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olan son təxribatları barədə geniş məlumat vermib və 2020-ci ilin oktyabrın 17-də Gəncə şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketlər ilə hədəfə alındığını diqqətə çatdırıb. Prezidentin köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləyib, Gəncədəki son təxribatlar nəticəsində 2-si uşaq olmaqla 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və 2 uşağın itkin düşdüyünü təəssüflə bildirib. Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən H.Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətdində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulayıb. Habelə, H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləyib. Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
Prezidentin köməkçisi dünyanın aparıcı KİV-ləri üçün brifinq keçirdi



Hikmət Hacıyev xarici KİV nümayəndələri üçün brifiq keçirdi
Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA
Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMA
Xankəndidə bu nöqtələr məhv edilib
Prezidentin köməkçisi: Düşmən yeni hərbi cinayətlərə zəmin hazırlayır
Prezidentin köməkçisi: Ermənistanın cəzasız qalması...
Ermənistan yenidən təxribat törədə bilər - Hikmət Hacıyev
Hikmət Hacıyev brifinq keçirir - Canlı
Ermənistan Qarabağa PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev
Hikmət Hacıyevdən şəhərlərimizin atəşə tutulmasına REAKSİYA
Bu videonun saxta olduğu sübut edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 