“Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, humanitar atəşkəs qətiyyən sülh demək deyil”. ONN media xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. A. Eyvazov deyib ki, Ali Baş Komandanın göstərişinə əsasən, Azərbaycan Ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, ərazidə olan cəsədlərin toplanması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır: “Lakin təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan dəfələrlə işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini artilleriya atəşinə məruz qoyur. O cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqdadır. Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən Ermənistan Ordusunun bölmələri qətiyyətli şəkildə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Düşmənə xəbərdarlıq edirik ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan yenə əməliyyat bölgəsində gərginlik yaratmağa davam edərsə, Ordumuz tərəfindən daha kəskin şəkildə adekvat tədbirlər görüləcək”.
Düşmənə XƏBƏRDARLIQ edildi



Düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - MN
MN: “Bu gün yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”
Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - Müdafiə Nazirliyi
Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir
XİN Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı XƏBƏR YAYDI
MN: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir
Ermənistan cəbhə xəttində vəziyyəti gərginlikdə saxlayır
SON DƏQİQƏ: Düşmən darmadağın edildi, geri çəkildi
Müdafiə Nazirliyi SON DƏQİQƏ məlumatı yaydı: Azərbaycan Ordusu...
XİN -dən atəşkəslə bağlı AÇIQLAMA
Ermənilər Tovuz və Daşkəsən istiqamətindən atəşkəsi pozur
44 günlük Vətən müharibəsi xronikası- 18 oktyabr
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 