"Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. "Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir. Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür. Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır. Xoş gəlmisiniz", - dövlət başçısı əlavə edib.
Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil - Prezident



İlham Əliyev Türkiyə parlamentinin nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
Prezident Zəngəzur dəhlizindən DANIŞDI
İlham Əliyev Şentopla görüşdü
Prezident TBMM sədri ilə görüşdü
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev: “Ərdoğan dünya lideridir”
İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Türkiyəli deputatlar Qarabağa gələcək
Prezident İlham Əliyev Türkiyə parlamentinin sədrini qəbul edib - YENİLƏNİB
Bakıya hansı ölkələr dəstək verdi? – Prezident adlar çəkdi
Prezident Türk Şurasına təşəkkür etdi
İlham Əliyev Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 