Ermənistanda koronavirusa yoluxanların sayı 66 min 694 nəfərə çatıb. ONN media xəbər verir ki, son sutkada daha 1234 nəfər COVID-19-a yoluxub. Ölkədə koronavirusdan ölənlərin sayı 1091-dir. Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Ermənistan ŞOKDA: Bir gündə 1234 nəfər...

