Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlar yayılıb. ONN media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı deyib. E.Rüstəmov deyib ki, banknotların hərəsinin öz mövzusu var: “O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub. 20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır. Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki “Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən “Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”. Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən 1, 5, 20 və 50 manatlıq pul nişanları yeni dizaynda dövriyyəyə buraxılacaq.
20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq



Azərbaycanda 20 manatlıq əskinaslar yeniləndi
500 manatlıq pul buraxılıb? – Rəsmi CAVAB
Azərbaycanda ŞOK: 195 min manatlıq Cek Pot uduldu
Mərkəzi Bankdan pul nişanları ilə bağlı AÇIQLAMA
Azərbaycanda 1 manatlıq 1000 manata satılır - SƏBƏBİ İSƏ...
Azərbaycanın bu pul nişanları yenilənir
50 manatlıq əsginas dünyanın ən təhlükəsiz banknotu seçildi
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan HƏCMİ AÇIQLANDI
Mahir Əmrəlinin başına iş gəldi
Yeni 10 manatlıq əsginaslar BELƏ OLACAQ
Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 