Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib. İlham Əliyev bildirib: "Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir".
"Biz Trampı dəstəkləyirik" - İlham Əliyev



İlham Əliyev: "Cənubi Qafqazda 3+3 formatını dəstəkləyirik"
Prezident Litzenberqerin etimadnaməsini qəbul etdi
İlham Əliyev ABŞ səfirliyində
Türkiyə nə üçün həmsədr olmasın?! - İlham Əliyev
"Azərbaycan və Rusiya münasibətləri zamanın sınağından çıxıb"- İlham Əliyev
Prezident bu idmançıları mükafatlandırdı
Makron İlham Əliyevə zəng edib
İlham Əliyevdən BÖYÜK MÜJDƏ: Yaxın zamanlarda...
İlham Əliyev Rusiya və Çin mediasına müsahibə verdi
İlham Əliyev: Bu, BİZƏ GÜC VERİR
Prezident Ermənistana vurulan ziyanın MƏBLƏĞİNİ AÇIQLADI
Biz sona qədər gedəcəyik - Prezident
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 