"Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir". ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirib. Dövlət başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir: "Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir".
Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik - İlham Əliyev



İlham Əliyev Ərdoğanı təbrik etdi
İlham Əliyev Ərdoğanı təbrik etdi
İlham Əliyev Ərdoğana məktub göndərdi
İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
Əliyev Ərdoğana təbrik məktubu göndərib
İlham Əliyev Ərdoğana məktub göndərdi
İlham Əliyev Ərdoğana məktub göndərdi
İlham Əliyev Ərdoğanı təbrik etdi
Türkiyə dünyada əsas söz sahiblərindən biri olan qüdrətli dövlətdir
İlham Əliyev Ərdoğanı təbrik etdi
İlham Əliyev Ərdoğana məktub göndərdi
Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 