Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb. ONN media xəbər verir ki, müraciətdə son zamanlar “Facebook” və “Instagram” sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb. Məktubda 27 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb. “Biz beynəlxalq səviyyədə tanınmış, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal edilmiş və əhalisi etnik cəhətdən təmizlənməyə məruz qalmış ərazilərimizi işğaldan azad edirik. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq üçün təxminən 30 ildir gözləyir”, – deyə qeyd olunub. Həmçinin, hadisələrin fonunda sosial media platformalarının dünyaya həqiqətləri çatdıran və erməni tərəfinin yaydığı saxta xəbərləri ifşa edən informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyi bildirilib. Müraciətdə azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanıb. Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb. "Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir". “Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək”, – deyə müraciətdə bildirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinə ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.
Azərbaycandan “Facebook” şirkətinə MÜRACİƏT



Sosial şəbəkələrdə yaranmış problemlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanlılar niyə “Facebook”da kütləvi şəkildə bloklanır? - VİDEO
DTX bu şəxslərə xəbərdarlıq etdi
"Facebook"da TƏHLÜKƏ
“Facebook” və “Instagram” niyə işləmir? - RƏSMİ AÇIQLAMA
Facebook istifadəçilərinə şad xəbər
“İnstagram” və “Facebook”dan YENİLİK
"Facebook" “Huawei”yə qadağa qoydu
Azərbaycan icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
VPN-nə SON: Nazir tarix açıqladı
“İnstagram” buna görə araşdırmalara başladı
"Facebook" 203 hesabı sildi - NİYƏ?
Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu 
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi