DTX saxta sosial şəbəkə hesabları yaradan şəxslərə xəbərdarlıq edib.
Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
"Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.
Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytı olan “//www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “//www.facebook.com/DTXAzerbaijan”, “//twitter.com/DTX_Azerbaijan”,“//www.instagram.com/azerbaijandtx/”,“//www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.
Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.
Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır", - məlumatda qeyd edilib.



DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Mədət Quliyevin sosial şəbəkələrdə hesabı var? — DTX-dən açıqlama
DTX-dan XƏBƏRDARLIQ
DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı...
ARB 24-ün keçmiş əməkdaşları telekanal adından sui-istifadə edirlər - AÇIQLAMA
Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları - SİYAHI
DİM sosial şəbəkə istifadəçilərinə müraciət etdi
DİN-dən sosial şəbəkə istifadəçilərinə müraciət
Dövlət Xidməti sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ
"Facebook" və "Instagram"da yenə PROBLEM YARANDI
Polis xəbərdarlıq etdi: Onlara pul verməyin!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 