Sabah Gürcüstanda 9-cu parlament seçkiləri keçiriləcək. ONN media xəbər verir ki, 3 milyon 526 min 23 seçici 150 millət vəkilini müəyyənləşdirmək üçün səsvermə hüququndan istifadə edəcək. 2020-ci il parlament seçkilərində yenilik də olacaq. 21 iyunda parlamentin qəbul etdiyi qərara görə, seçkilər çoxluq sistemi yerinə nisbi təmsilçilik sisteminə əsasən baş tutacaq. Beləliklə, 120 mandat faiz nisbəti, 30-u isə çoxluq sistemi ilə seçiləcək. Yarışa 57 siyasi partiya, 2 seçki bloku qoşulacaq. 40,54 faizdən az səs toplayan partiya təkbaşına hökuməti qura bilməyəcək. Siyasi partiyaların parlamentə girə bilmək üçün 1% səs toplaması kifayət edəcək. NATO və Avropa İttifaqına inteqrasiya prosesi davam edən Gürcüstanda seçkilərin demokratik yollarla, açıq və şəffaf şəraitdə təşkili kritik əhəmiyyət daşıyır. Seçkilərdən əvvəlki anketlər Gürcü Xəyalı Partiyasının müxalif rəqib partiyalara nisbətən böyük fərq yaradacağını göstərib. Anketlər sabiq prezident Mixail Saakaşvilinin dəstəklədiyi Birləşmiş Milli Hərəkat Partiyasının liderliyindəki Birləşmiş Milli Hərəkat-Birləşmiş Müxalifət seçki blokunun Gürcü Xəyalından sonra ən çox səs toplayan tərəf alacağını ortaya çıxarıb. Bu arada, sabiq prezident Mixail Saakaşvilinin baş nazirliyə namizədliyi də gündəmdədir. Hazırda Ukraynada yaşayan və bu ölkənin Milli İslahat İcra Komitəsinin prezidenti olan Saakaşvili Birləşmiş Milli Hərəkat-Birləşmiş Müxalifət blokunun baş nazirliyə namizədidir.
Gürcüstanda sabah seçkilər olacaq



Gürcüstanda seçki sistemi DƏYİŞDİ
Gürcüstanda parlament seçkiləri bu tarixdə keçiriləcək
Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Gürcüstanda seçkilər başladı
Qonşu ölkədə seçki sistemi dəyişdi
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatdı
XİN seçkilərlə bağlı bəyanat yayıb
Parlament seçkiləri ilə bağlı 7 nəfərin namizədliyi təsdiq olundu
Saakaşvili ELAN ETDİ: "Gürcüstanda hakimiyyət dəyişir"
Ceyhun Bayramov səs verdi
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 