Gözlərinin küncündə bir damla yaş var...dupduru..Yurdu-yuvası yağmalananda, ev-eşiyindən didərgin düşəndə gözündən çıxan o acı yaş...eləcə donub qalmışdı..yanağına süzülməmiş, əllər onu silməmişdi...Yurdsuz illərində çox ağlamışdı.. o göz yaşlarını yığsaydın, bəlkə də dərya olardı..amma qəlbinə axıtmışdı.. o damcıların səsini yalnız özü eşitmişdi...
Bu illərdə yuxularında ancaq o dağı, bir də o meşəni görərdi.. Süsən dağını, Süsən meşəsini...çinarlar arasında dolaşar, dağın ətəyində dayanıb zirvəsinə baxardı..və nə hikmətdisə yamyaşıl-Süsən rəngli, Süsən ətirli, çinar boylu olardı o yuxular..
Gördüklərinin yuxu olduğunu hiss edincə gözlərini açmaq, o çinarlardan, o dağlardan ayrılmaq istəməzdi. Həmin günü xəyal kimi dolaşar, gecələr tez yatar, yurdunu, ev-eşiyini yuxusuna çağırardı...Tanış hisslərdi eləmi...Yox, min məhəbbətlə tikdiyi evi-eşiyi əlindən alınan, qapıda qoyub gəldiyi qoyun- quzunun, toyuq-cücənin, ipdə asılı qalan pal-paltarın, ağzı açıq qalmış su quyusunun, ocağın üstündə qaynamağa qoyulmuş o südün ətrinin, həyət-bacada eşidilən əzizlərinin səsinin həsrətini çəkənlər yaşar bu hissləri...
Deyir, yurdumun bir səhər havasını, qoyun-quzunun yanından nazla ötüşünü, səhər samovarının ev adamlarını süfrəyə çağırmasını min şəhərə dəyşmərəm..Zəngilan sakini Qəmər nənə..
Erməni mənfurlar Zəngilanı işğal edəndən ayrı düşdüyü Süsən dağlı
, qoca çinarlı yurdunu sevgili kimi gözlədi Qəmər ana...İtkin düşən
, əsir alınan
, səsi çatmayan
, ünü yetməyən
, amma bütün günü içində onunla danışan
, onunla dərdləşən sevgili kimi..Əri müharibəyə getmiş
, bir parça kağızı belə gəlməmiş gəlinlər kimi.. zindana atılan
, amma təslim olmayan bəyzadə xatunu kimi... sədaqətlə
, sevə - sevə gözlədi...balaları da yanındaydı
, hərəsi bir budaq nəvələri də
, hərəsi bir dünya nəticələri də...Başına dolanar
, nazını çəkər
, hər şeyin ən yaxşısını nənələri Qəmər ana üçün düzüb-qoşardılar...və gözləri üzlərində qalardı.Onların: "Bir istəyin varmı" sualına
, "yox
,canınızın sağlığı" cavabını verər
, dolmuş gözlərini ... dolandırıb ürəyində pıçıldardı: "İstəyim....istəyim Zəngilandı.."
...Və düz 27 il - düz bir igidin ömrü Qəmər nənə gündə yüz dəfə "qoyun- quzu bəzəkli dərələrin" boy-buxununa canını qurban dedi
, "Sizlər yadıma düşəndə ürəyim qubar eləyir" söylədi...a
Azərbaycanın Vətən Müharibəsi başlananda Qəmər nənə günlərlə özünə yer tapmadı...həm cəbhədə olanı
, döyüşün ən qaynar yerində vuruşanı vardı
, həm də illərdi gözü yolda qalan Zəngilanı...və ora qayıtmaq həsrəti...elə bu həsrət yaşatmışdı onu..92 yaşına çatdırmış
, nə vaxtsa bir mübarək gündə doğma torpağına qayıdacağı inamı onu qürurlu saxlamışdı, səsinin şaxını sındırmamışdı..
Günlərlə ekranın qarşısından çəkilmədi..Ali Baş Komandana
, əsgərlərimizə dərya suları
, ağac yarpaqları
, səhra qumları qədər dualar elədi... və hər dəfə Ali Baş Komandan xalqa azad olunmuş ərazilərimizin müjdəsini verəndə gözlərinin küncündə o bir damla yaş göründü
, səsi titrədi: "Gözlərinin
, yumruğunun qadasın alım
, prezident, Zəngilanı de
, Zəngilanı..."
Zəngilanın işğaldan azad olunduğu gün qəribə hadisə baş vermişdi...Qəmər nənə illərdi qoruyub saxladığı allı-güllü şalını başına salmış
, evdəkilərin təəccüb dolu baxışlarına "bu gün Zəngilanımın müjdəsi olacaq
, yuxusunu görmüşəm... görmüşəm ki
, evimizin yanındakı dərə vardı ha...bax o dərənin başında atlar düzülüb
, hamısı da mənə baxır" demişdi...
Və həmin günün axşamı Qəmər ananın yuxusu çin çıxmış
, dilindən bədahətən bir bayatı süzülmüşdü:
Qarabağ deyir:
Əzizim tar çalana
Tarı ver tar çalana
Vətənimi əlimdən alanın
Ürəyi parçalana.
Bu sözü dəfələrlə təkrar etmiş
, sanki illərdi yanan kölnünü soyutmuşdu:"Ürəyi parçalana...ürəyi parçalana"...
Və bir niyyətini elə o gecə balalarına açıb demişdi.."gedəcəm Zəngilana
, orda 92 yaşımı keçirəcəm..."
Az qalıb
, çox az ...Qəmər nənənin Zəngilanına-sevgilisinə qovuşmağına...gedəcək yurduna, gəzəcək qarış-qarış... südü ocağın üstündən götürəcək, paltarı ipdən, su quyusunun ağzını örtəcək..və balalarını başına yığıb bir ad günü düzənləyəcək...çal-çağırlı, toy-büsatlı..
O ad günündə mütləq bir tarzən olacaq və başına allı-güllü şalını salmış Qəmər nənə sevgili Zəngilanının dağına-dərəsinə baxıb tarzənə tərəf dönüb pıçıldayacaq:
Əzizim tar çalana..gəlmişəm Zəngilana..
Və gözlərinin küncündə yenə bir cüt yaş görünəcək..bu dəfə yurd dadlı, bu dəfə sevinc yaşı..