“Qarabağ” futbol klubu Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayıb. ONN media klubun bununla bağlı yaydığı bəyanatın mətnini təqdim edir: “Bildirmək istərdik ki, "Qarabağ" Futbol Klubu hər zaman idman prinsiplərinə, ali futbol qurumu olan UEFA-nın Ədalətli Oyun (Fair Play), İrqçiliyə yox (No Racism) və digər bütün qaydalarına riayət edir, eyni zamanda, Azərbaycanın ərazi haqqı və bütövlüyünü dəstəkləməkdə möhkəmdir. İşimiz futboldur və tezliklə oyunlarımızı Qarabağdakı öz əzəli stadionumuzda oynaya biləcəyimizə inamımız sonsuzdur. Biz düşünürük ki, idmanın şahı sayılan futbol öz yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqının illər boyu çəkdiyi əziyyətini beynəlxalq səviyyədə məlumatlandırmaq üçün ən yaxşı dinc vasitədir. Prezidentimiz cənab İlham Əliyev tərəfindən dəfələrlə bildirildiyi kimi, milliyyətindən asılı olmayaraq mülki şəxslərə edilən hər hansı bir hücumu pisləyir, Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayırıq. Bu hücumlar nəticəsində günahsız mülki şəxslərin dağıntılarına, itkilərinə və əzablarına beynəlxalq cavab tələb edirik. "Qarabağ" Futbol Klubu olaraq mənəvi, humanist dəyərlərimizə, insanlığın birliyinə və həyatın müqəddəsliyinə inamımıza bağlılığımıza sadiq qalırıq. Bu inam kökləri milli mədəniyyətimizdə, böyük filosofumuz İmaməddin Nəsiminin şeirlərində, komanda üzvlərimizin hər birinin ürəyində tapır”.
“Qarabağ” bəyanat yaydı



"Qarabağ"ın oyunu təxirə salındı
“Qarabağ” növbəti dəfə ölkə çempionu oldu
Dünyanın ən yaxşı futbol klubları açıqlandı
İlham Əliyev “Qarabağ” futbol klubu ilə bağlı mühüm SƏRƏNCAM İMZALADI
"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi
UEFA "Qarabağ"ın rəsmisi barədə NƏ QƏRAR VERDİ?
UEFA-dan Qarabağla bağlı paylaşım
SON DƏQİQƏ: Futbol dünyası şokda - Tarixi qərar qəbul edildi
Azərbaycanda “İrəvan" futbol klubu yaradılmalıdır
İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul etdi
Azərbaycanda məşhur futbol klubu SATIŞA ÇIXARILDI
Günün oyunları - SİYAHI
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 