“İrəvan" futbol klubu yaradılmalı və "Qarabağ" futbol klubu kimi dünyaya səs salmalıdır.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz.
Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
“Maddi əsaslar olmadıqca Qərbi Azərbaycan həqiqətləri ilə bağlı layihələrin həyata keçirilməsi mümkün olmayacaq. Biz kitablar yaza, bədii reportajlar edə, filmlər çəkə bilərik. Lakin konkret olaraq qərar verməliyik ki, daxildə, xaricdə və beynəlxalq təşkilatlarda hansı işlər görməliyik.
Düşünürəm ki, “Coğrafiya” və “Tarix” dərsliklərimiz dəyişdirilməli və Qərbi Azərbaycanla bağlı məlumatlar yeni nəşr olunan kitablarda öz əksini tapmalıdır. Bəlkə bu nəslin həmin torpaqlara dönməyə ömrü yetmədi?
Ona görə də yeni nəsil bu məsələlərdən xəbərdar olmalı və ideoloji olaraq Qərbi Azərbaycana qayıdışa hazırlıqlı olmalıdır”, - deputat vurğulayıb.
M.Quliyev bildirib ki, “İrəvan” futbol klubu yaradılmalı və “Qarabağ” futbol klubu kimi dünyaya səs salmalıdır:
“Bu, tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağın ən yaxşı üsullarından biridir”//axar.az



Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək
Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq
Qərbi Azərbaycan Respublikası yaradıldı
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır- İlham Əliyev
Qərbi Azərbaycan İcması: "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurum tanımırıq
Qərbi azərbaycanlılarla bağlı yeni təklif
İrəvan dövlətinin bayrağı qəbul edildi
“Qarabağ” növbəti dəfə ölkə çempionu oldu
Mbappe futbol klubu alır
"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi
"Biz bütün tarixi torpaqlarımıza qayıdacağıq" - Prezident İlham Əliyev
Dünyanın ən yaxşı futbol klubları açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 