Nazirlər Kabinetinin oktyabrın 29-da imzaladığı qərara uyğun olaraq, bu gündən bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanılıb. Qərar dekabrın 1-dək qüvvədədir. Qeyd edək ki, ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti təhsilin təşkilinə dair Qərar verib. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər. Təhsil Nazirliyi tərəfindən bu Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər. Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.
Bu gündən tədrisin distant təşkilinə başlanıldı



Noyabrın 2-dən dərslər bu formada keçiriləcək - YENİ QƏRAR
Azərbaycanda təhsillə bağlı QƏRAR VERİLDİ
Təhsillə bağlı Baş nazirdən VACİB QƏRAR
Məktəblər bu tarixdən açılır - QƏRAR VERİLDİ
Təhsil Nazirliyindən özəl məktəblərə MÜHÜM XƏBƏRDARLIQ
Bu şagirdlər əyani formada tədrisə CƏLB OLUNACAQLAR
COP29 zamanı məktəblər bağlanacaq - Baş nazirdən QƏRAR
Bakıda bu məktəbdə əyani tədris dayandırıldı
Onlar işə getməsələr də, MAAŞ ALACAQLAR
Bakıda koronavirusa görə bağlanan 4 məktəb açıldı, 1-i bağlandı
Azərbaycanda əyani dərslərlə bağlı QƏRAR VERİLDİ
Azərbaycanda daha 3 məktəb BAĞLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 