Gürcüstanın Baş Naziri Giorgi Qaxariya koronavirus infeksiyasına yoluxub.
ONN media xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, noyabr ayının 1-də Qaxariya koronavirus daşıyıcısı olan bir şəxslə təmasda olduqdan sonra özünü təcrid etmək məcburiyyətində qalıb. Daha sonra hökumətin mətbuat xidməti baş nazirin şəxsi təhlükəsizliyinin bir neçə əməkdaşında COVID-19 aşkarlandığını açıqlayıb. Baş nazirin ardınca İqtisadiyyat naziri Natiya Turnava və hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili də özlərini təcrid ediblər.
“31 oktyabrda baş nazir koronavirus diaqnozu qoyulmuş bir təhlükəsizlik xidməti əməkdaşı ilə uzun müddət təmasda olduğu üçün özünü təcrid edib. Baş nazirin test nəticəsində də koronavirusa yoluxma təsdiqlənib. Giorgi Qaxariyanın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir”, - mətbuat xidmətinin açıqlamasında belə deyilir.



Nazir koronavirusa yoluxdu
Paşinyan yenidən koronavirusa yoluxdu
Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevi təbrik etdi
SON DƏQİQƏ: Nazarbayev koronavirusa yoluxdu
Gürcüstan fövqəladə rejim tətbiq edir
Lavrov özünü TƏCRİD ETDİ
Gürcüstanın yeni baş naziri kimdir?
ÜST-nin iki əməkdaşı da koronavirusa yoluxdu
Gürcüstanın iqtisadiyyat naziri Bakıya gəlir
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Boris Conson xəstəxanadan evə buraxıldı
Gürcüstanda 6 deputat hakim partiyadan İSTEFA VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 