İlkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən dövlət müəssisələri açıqlanıb. ONN media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda göstərilən aşağıdakı dövlət müəssisələri ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
AİH-nin idarəetməsinə ilk mərhələdə 4 dövlət müəssisəsi veriləcək



İlham Əliyev SƏRƏNCAM İMZALADI
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Prezidentdən SƏRƏNCAM - Samir Şərifova yeni vəzifə verildi
Prezident Xalid Əhədova YÜKSƏK VƏZİFƏ VERDİ
Prezident Şahin Mustafayevə YENİ VƏZİFƏ verdi
Şahin Mustafayevə yeni VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
Xüsusi karantin dövründə fasiləsiz hansı müəssisələr işləyəcək?
İlham Əliyev “AzerGold”la bağlı sərəncam imzaladı
3 dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarıldı
Prezident sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 