Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cozef Baydeni Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti seçilməsi münasibətilə təbrik edib. ONN media xəbər verir ki, təbrikdə deyilir: Hörmətli cənab Bayden. Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər. İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir. 30 ilə yaxın dövr ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altında saxlayan Ermənistan bu ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqelərini, dinc sakinləri və obyektləri iriçaplı silahlardan atəşə tutmaqla ölkəmizə qarşı növbəti hərbi təcavüz törətmişdir. Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində aralarında çoxlu sayda azyaşlı olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaralanmış, mülki obyektlər dağıdılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə cəlb edilmişdir. Ermənistan ABŞ-ın da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır. Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözləyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir. Azərbaycan münaqişənin həlli üzrə mahiyyətli danışıqlara bu əsasda hazır olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik. Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırdır. Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Əliyev Cozef Baydeni təbrik etdi



Cozef Bayden İlham Əliyevi təbrik etdi
Bayden Prezident İlham Əliyevi təbrik edib
Prezident İlham Əliyev Baydenə məktub ünvanladı
Bayden İlham Əliyevi təbrik etdi
İlham Əliyev Trampa məktub göndərdi
Cozef Bayden İlham Əliyevi təbrik edib
Tramp İlham Əliyevi təbrik etdi
Bayden İlham Əliyevə məktub ünvanlayıb
ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi
Co Bayden İlham Əliyevi təbrik etdi
Mayk Pompeo Azərbaycan xalqını təbrik etdi
Donald Tramp Azərbaycan Prezidentini təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 