ABŞ Dövlət katibi Mayk Pompeo Gürcüstana səfər edəcək. ONN media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, səfər 17-18 noyabr tarixlərinə planlaşdırılıb. XİN-in məlumatında deyilir: “ABŞ Dövlət katibi Mayk Pompeonun 17-18 noyabr tarixlərində Gürcüstana səfərini alqışlayırıq. Səfər çərçivəsində dövlət naziri Gürcüstanın Baş naziri Giorgi Qaxaria, Gürcüstan Prezidenti Salome Zurabişvili və Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşlər keçirəcək. Mayk Pompeo eləcə də, Tbilisidə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia ilə də görüşəcək. Dövlət katibinin Gürcüstana səfəri çərçivəsində keçirilən görüşlər zamanı ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyası tərəfindən təklif olunan prioritet sahələr və ölkələrimiz arasında müdafiə və təhlükəsizlik, habelə ticarət və iqtisadiyyat, demokratiyanın inkişafı, xalqlar arasında təmaslar, təhsil və mədəniyyət kimi məsələlər ələ alınacaq. Tərəflər Gürcüstan və bölgədəki təhlükəsizlik vəziyyətini, regional və beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ölkələr arasındakı əməkdaşlığı müzakirə edəcəklər. Bundan əlavə, Gürcüstanda davam edən demokratik və iqtisadi islahatlar müzakirə ediləcək. ABŞ Dövlət katibinin Gürcüstana səfəri bir daha ABŞ və Gürcüstan arasındakı strateji tərəfdaşlığın möhkəmliyini və ortaq dəyərlərə və baxışa əsaslanan tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə ölkələrin əməkdaşlığı gücləndirməyə hazır olduqlarını vurğulayır. Bu səfər bir daha təsdiqləyir ki, ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, habelə daha da demokratik inkişafa, ölkəmizin Avropa və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyidir".
Pompeo Gürcüstana səfər edəcək



Ceyhun Bayramovun Gürcüstana səfər proqramı açıqlandı
Ararat Mirzoyan Gürcüstana gedir
Ceyhun Bayramov Gürcüstana səfərə gedib
Ceyhun Bayramov Gürcüstana gedir
Anar Kərimov sabah Gürcüstana gedir
Ceyhun Bayramov Mayk Pompeo ilə görüşdü
Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri görüşəcək
Anar Kərimov Gürcüstana səfər edəcək
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək
Nazir Gürcüstana yollandı
Pompeo Moskvaya səfərini ləğv etdi?
Ceyhun Bayramovun gürcü həmkarı ilə geniş tərkibdə görüşü başladı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 